Qarabaq.info » Dünya » Suriyanin taleyi həll olunur - Bu toplantıdan çox şey asılıdır


Suriyanin taleyi həll olunur - Bu toplantıdan çox şey asılıdır

 

Bu gün Cenevrənin Lozanna şəhərində Suriya münaqişəsinin həlli üzrə danışıqlar baş tutacaq.

 Qarabaq.info ATV.az-ın məlumatına görə, nazirlər səviyyəsində keçiriləcək görüşdə Rusiyanın чarici шşlər naziri Sergey Lavrov, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Con Kerri, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu, iranlı diplomat Məhəmməd Cavad Zərif, İraqın xarici İşlər naziri İbrahim əl-Cəəfəri, misirli diplomat Sameh Şükri və BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura iştirak edəcək.

Qeyd edək ki, danışıqlara Səudiyyə Ərəbistanı və Qətərdən də nümayəndələrin qatılacağı gözlənilir. Güman edilir ki, tərəflər Suriyada atəşkəs rejiminin bərpası, Hələbdəki vəziyyət və terrorçularla müxaliflər arasında fərq qoyulması və digər məsələlər ətrafında müzakirələr aparacaq.