Qarabaq.info » Dünya » “Rus NATO-su” Qarabağdan imtina etdi


“Rus NATO-su” Qarabağdan imtina etdi

 

Qarabağ konflikti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birbaşa analiz predmeti deyil.

 

 Qarabaq.info Axar.az istinad xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KTMT Baş katibinin müavini Valeri Semerikov söyləyib. Onun sözlərinə görə, bu heç də Qarabağ məsələsinin KTMT-ni maraqlandırmadığı anlamına gəlməməlidir:

 

“Məsələ burasındadır ki, Qarabağ konfliktinin həlli ilə bağlı xüsusi qrup – Minsk Qrupu yaradılıb. Bəzən bizi bu məsələni müzakirə etməməkdə günahlandırırlar. KTMT xarici işlər nazirləri şurasının iclaslarında bir neçə dəfə Qarabağ məsələsi qaldırılıb”.