Əsədin səhvi 300 min insanı məhv etdi – Pan Gi Mun
11 oktyabr 2016 13:04
Baxış Sayı: 645,
Müəllif: Qarabaqinfo
Çap Et
BMT, ABŞ və Rusiya Suriya böhranının həllində intensiv çalışır.
Qarabaq.info Axar.az istinad xəbər verir ki, bunu Almaniya mətbuatına açıqlamasında BMT Baş katibi Pan Gi Mun söyləyib.
Onun sözlərinə görə, ABŞ və Rusiya BMT-nin humanitar əməliyyatlar həyata keçirməsi üçün sülh əldə etməlidirlər:
“Biz gərək ən bərbad şəraitdə yaşayan 5 milyon insana yardım edək. Suriyada yaşanan hadisələrə görə Prezident Bəşər Əsəd günahkardır. Onun səhvləri ucbatından 300 min insan həyatını itirdi”. |
Bu xəbəri dostlarınla paylaş: