Qarabaq.info » Dünya » Rusiyalı diplomatdan Türkiyə açıqlaması - "Yaxın zamanlarda yeni xəbərlər olacaq"


Rusiyalı diplomatdan Türkiyə açıqlaması - "Yaxın zamanlarda yeni xəbərlər olacaq"

Rusiyanın xarici işlər nazirinin müavini Aleksey Meşkov Qazpromun türk tərəfdaşları ilə Türk Axımı layihəsində aktiv olaraq əməkdaşlıq etdiyini və yaxın zamanda yeni xəbərlərin olacağını açıqlayıb. 
 Qarabaq.info
Avropa.info xəbər verir ki, Meşkov “Ria Novosti”yə verdiyi açıqlamada "Qazprom və Rusiyanın Energetika Nazirliyi türk tərəfdaşlarla aktiv olaraq əməkdaşlıq edir. Yaxın zamanlarda məsələ ilə bağlı yeni xəbərlər almağı ümid edirəm" deyə bildirib.
Bundan öncə də Rusiyanın energetika naziri Aleksandr Novak Rusiyanın Türk Axını layihəsinə dair hökumətlərarası razılaşmanı İstanbulda keçiriləcək Ümumdünya Energetika Konqresində imzalamağa planlaşdırdığını açıqlamışdı.
Rusiya-Türkiyə Strateji Planlaşdırma Qrupunun toplantısının yaxın zamanlarda təşkil ediləcəyini və bunun üçün siyasi maneə olmadığını vurğulayan Meşkov daha sonra bunları deyib:
"Hazırda qəti bir tarix yoxdur. Lakin Rusiya və Türkiyənin əlaqələri yavaş-yavaş düzəlir. Lazımi tədbirlər görülür və bu tədbirlər çərçivəsində yaxın zamanlarda bu qrupun işlərinin təşkil edilməsi gözlənilir. Burada heç bir siyasi maneə yoxdur. Rusiya Türkiyə ilə çox yüksək səviyyədə əlaqələrə
 sahibdir". Müsavat.com