Ərdoğan Rusiya ilə hərbi-siyasi ittifaq yaratdı
01 oktyabr 2016 23:23
Baxış Sayı: 705,
Müəllif: Qarabaqinfo
Çap Et
Vaşinqtonun Suriyada Rusiya-Türkiyə müharibəsi yaratma planı boşa çıxdı. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə qeyri-rəsmi hərbi-siyasi ittifaq yaradıb.
Qarabaq.info Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Manoy Ankara-Moskva əlaqələrini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ankara Suriyanın şimalında hərbi əməliyyatlara başlamadan öncə Moskva və Dəməşqin razılığını alıb:
“ABŞ Suriyada Rusiya və Türkiyə arasında müharibə yaratmağa çalışırdı. 24 noyabrda baş verən Su-24 böhranını xatırlayaq. Ancaq Vaşinqtonun bu planı iflasa uğradı. ABŞ bu dəfə 15 iyul dövlət çevrilişinə cəhd edərək Ərdoğanı taxtdan endirməyə çalışdı. Ancaq bu da alınmadı.
ABŞ-ın bütün bu uğursuz cəhdləri Ərdoğanın Rusiya ilə qeyr-rəsmi hərbi-siyasi ittifaq yaratmasına səbəb oldu.
Bu gün Türkiyə ordusu Suriyanın şimalındadır. Ankara Moskva və Dəməşqin qeyri-rəsmi razılığını aldıqdan sonra bu addımı atdı. Türkiyə yaxın Şərqdə Rusiyanın əsas müttəfiqi hesab oluna bilər”. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|