Gürcüstan prezidenti: “Roma Papasının səfəri regionda təhlükəsizliyi təmin etmək üçün mesajdır”
30 sentyabr 2016 19:33
Baxış Sayı: 769,
Müəllif: Qarabaqinfo
Çap Et
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Roma Papası ilə Fransisklə görüşüb.
Qarabaq.info APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş jurnalistlər üçün qapalı keçib.
Mətbuat konfransında jurnalistlərə açıqlama verən Gürcüstan prezidenti G. Marqvelaşvili Gürcüstanın qarşıdurma yaradan ölkə olmadığını, torpaqlarının işğal olunduğunu və ölkənin sülh yolu ilə addımladığını bildirib: “Bu gün biz təcavüzün 40 kilometrliyindəyik. Torpaqlarımızın 20%-i işğal olunub. Hər gün etnik gürcülərin yaşadığı bölgədə təcavüz, insan oğurluğu, ölüm hadisələri baş verir. Bu hadisələr ona görə baş verir ki, işğal olunan ərazilərin yaxınlığında yaşayanlar etnik gürcülərdir. Bu insanlar qonşuları ilə görüşə bilmir və onlara yaxınları ilə görüşmək qadağan olub. Bizim başlıca məqsədimiz torpaqlarımızı qaytarmaqdır. Əhali siyasi situasiyaya görə əziyyət çəkməməlidir”.
Roma Papası isə Gürcüstana sülh və əmin-amanlıq arzulayır. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|