Ərdoğanın çıxışı İsraildə narazılıq yaratdı –Səfir nazirliyə çağırıldı
10 may 2017 13:15
Baxış Sayı: 830,
Müəllif: Qarabaqinfo
Çap Et
Türkiyənin İsraildəki səfiri Kamal Ökəm Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Ərdoğanın dünən Beynəlxalq Qüds Vəqfi toplantısında İsrailin Qüdsü yəhudiləşdirməsi ilə bağlı etdiyi çıxış olub. Dövlət başçısının bu çıxışına görə səfirə xəbərdarlıq məktubu təqdim edilib. Qeyd edək ki, dünən türk lider sözügedən toplantıda İsrail hökumətinin Qüdsdə azan qadağasını tətbiq etməsinə əsla icazə verilməyəcəyini bildirmişdi. Qarabaq.info Axar.az istinadən. |
Bu xəbəri dostlarınla paylaş: