Qarabaq.info » Dünya » “Planlaşdırma və Analiz Prosesi”nin qiymətləndirmə sənədi müzakirə olunub


“Planlaşdırma və Analiz Prosesi”nin qiymətləndirmə sənədi müzakirə olunub


Mayın 2-də Brüssel şəhərində NATO-nun mənzil-qərargahında, Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsində Azərbaycan Respublikasının 2017-ci il üzrə “Planlaşdırma və Analiz Prosesi”nin qiymətləndirmə sənədinin “NATO + Azərbaycan” formatında müzakirə iclası keçirilib.

İclasda Müdafiə Nazirliyinin nümayəndələri ilə yanaşı müzakirə mövzularına müvafiq olaraq ölkəmizin digər aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri də iştirak ediblər.

Görüşdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, tərəfdaşlıq məqsəd və öhdəliklərin yerinə yetirilməsi,  NATO-Azərbaycan Hərbi Təhsil və Təlim sahəsində birgə Fəaliyyət Planı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində aparılan fəaliyyətlər, sülhməramlılarımızın Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfə və digər məsələlər müzakirə olunub.

Qarabaq.info-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiyə nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.