Qarabaq.info » Dünya » ABŞ-ın dövlət katibi Rəcəb Tayyib Ərdoğanla görüşüb


ABŞ-ın dövlət katibi Rəcəb Tayyib Ərdoğanla görüşüb

 

ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

 

Qarabaq.info APA-nın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, prezident iqamətgahında keçirilən qapalı görüş 2 saatdan çox davam edib. “Hürriyət”in görüşdə Suriya və İraqda terror təşkilatları ilə mübarizənin davam etdirilməsinin vacibliyinin, müştərək tədbirlər görülməsinin mümkünlüyünün vurğulandığı barədə məlumat yayıb. Bu terror təşkilatları arasında ilk hədəf İŞİD-dir.

 

Ərdoğan terrorla mübarizədə tərəf müqabilinin düzgün seçilməsinin önəmindən danışıb. Görüşdə FETÖ terror təşkilatının rəhbərinin Türkiyəyə ekstradisiyası ilə bağlı prosedurlar, onun ABŞ-da fəaliyyətinin qarşısının alınmasına dair məsələlər müzakirə olunub.

Dövlət katibinin baş nazir Binali Yıldırımla görüşündə də bənzər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.