Qarabaq.info » Dünya » NATO və AB-dən Türkiyəyə çağırış


NATO və AB-dən Türkiyəyə çağırış

 

Türkiyə və Hollandiya yaranmış gərginliyi aradan qaldırmalıdır.


Qarabaq.info Axar.az istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.


“Gərgin müzakirələr demokratiyamızın əsas dayağıdır, ancaq bu, qarşılıqlı hörmət çərçivəsində olmalıdır. Müttəfiqlərimizi qarşılıqlı hörmət məsələsində diqqətli olmağa çağırırıq”, - Stoltenberq bildirib.

İki ölkə arasında davam edən gərginliklə bağlı açıqlama yayan Avropa Birliyi də Türkiyəni həddindən artıq sərt fikirlər səsləndirməkdən uzaq olmağa çağırıb.