Prezidentin bu sərəncamı icra ediləcəksə.
13 fevral 2017 02:22
Baxış Sayı: 899,
Müəllif: Qarabaqinfo
Çap Et
Xəbər verdiyimiz kimi, fevralın 10-u prezident İlham Əliyev "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncam imzalayıb.Qarabaq.info Moderator.az-a istinadən xəbər verir ki, tanınmış hüquqşünas Qurban Məmmədov sərəncamın icra ediləcəyi təqdirdə əsl hüquqi islahat nümunəsi olacağını bildirib: "Prezidentin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı əsl hüquqi islahat nümunəsidir. İcra ediləcəksə! Bu günədək dəfələrlə olduğu kimi, boykot edilməyəcəksə! Bu sahədə Prezidentə qərarlılıq və qətiyyət arzulayıram. Tezliklə on minlərlə ailə sevinəcək, körpələrin, gəlinlərin gözləri yollardan çəkiləcək, həbsxanalar yüngülləşəcək, dövlət büdcəmizə daxilolmalar artacaq. Uğurlar, cənab Prezident! Məhkəmə sahəsində də belə qətiyyətli addımlar atmağın vaxtı çatıb. Bəzi rüşvətxor və mənəviyyatsız hakimlərdən xilas olmaq, qanunsuz qərar qəbul edən hakimlərin dərhal uzaqlaşdırılması müxanizmi təcili hazırlanmalıdır. İstənilən dövlətdə ən tez nəticələr verəcək islahat məhz məhkəmə sistemilə bağlıdır.Dövlət idarəçiliyindəki islahatların əsas zvenosu (həlqəsi) məhkəmə sistemidir." Sərəncam ilə buradan tanış ola bilərsiniz: http://www.president.az/articles/22756 |
Bu xəbəri dostlarınla paylaş: