Qarabaq.info » Cəmiyyət » Açıq Hökumət Platformasının Vergilər Nazirliyi rəhbərliyi ilə görüşü keçiriləcək


Açıq Hökumət Platformasının Vergilər Nazirliyi rəhbərliyi ilə görüşü keçiriləcək

 

Hörmətli dostlar


Sabah saat 15.00-da Açıq Hökumət Platformasının Vergilər Nazirliyi rəhbərliyi ilə görüşü keçiriləcək.


Görüş vergi qanunvericiliyinə son dəyişikliklər, bu dəyişikliklərin vətəndaş cəmiyyətinin fəaliyyətinə təsiri, Vergilər Nazirliyi ilə vətəndaş cəmiyyəti əməkdaşlığı, Vergilər Nazirliyinin fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlərin müzakirəsi və müvafiq tövsiyyələrin verilməsi məqsədilə keçirilir.


Bu məsələlərlə bağlı suallarınızı, təkliflərinizi, tövsiyyələrinizi göndərə bilərsiniz. Çalışacağıq ki, aktual mövzuların və sualların hamısını müzakirə edək və ictimaiyyəti məlumatlandıraq.


Əvvəlcədən təşəkkür edirəm!


Qarabaq.info xəbər verir ki, bu sözləri  Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin facebook səhifəsinə istinadən verib.