Qarabaq.info » Cəmiyyət » Sizlərin güclü immunitenti olduğu üçün bəndə qorxunuz yoxdur, heç olmasa Allahdan qorxun


Sizlərin güclü immunitenti olduğu üçün bəndə qorxunuz yoxdur, heç olmasa Allahdan qorxun


Sizlərin güclü immunitenti olduğu üçün bəndə qorxunuz yoxdur, heç olmasa Allahdan qorxun. Onun cəzası isə ağır olacaq, olduqca ağır!

28 May adına NQÇİ-nin Kadırlar şöbəsində işləyən 12 ci dərəcəli mühəndis Bahar Qasımovanın vəzifə dərəcəsini 9 cu dərəcəyə endirdiklərinə görə aldığı stressdən dünyasını dəyişmiş xanımın ölümünə indi elə açıqlama verəcəklər ki, ölümünə görə qadının özü müqəssir olacaq!

Onu da qeyd edim ki, xanımın halı pisləşdiyi üçün onu iş yerindən xəstəxanaya aparmışdılar.

13.00

Azneft rəhbərliyinə!

28 Mayın işçisi Bahar Qasımova dünən Mərkəzi Neftçilər Xəstəxanasına infarkt diaqnozu ilə qəbul olunub. Xanım infarktı iş yerində aldığı stressdən keçirdib, indi onun ailəsini himayəyə götürməyə borclusunuz!.

Qeyd: MNX-da diaqnozu dəyişdirməyə cəhd etməyin. Şahid çoxdur.

Qarabaq.info  bu məlumatı  Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri  Mirvari Qəhrəmanlının  facebook səhifəsinə istinadən verib.