Qarabaq.info » Cəmiyyət » Azneft İB Baş direktoru cənab Daşğın İsgəndərov. Bəlkə siz də işçilərinizə sahib çıxasınız


Azneft İB Baş direktoru cənab Daşğın İsgəndərov. Bəlkə siz də işçilərinizə sahib çıxasınız

 
Azneft İB Baş direktoru cənab Daşğın İsgəndərov. Bəlkə siz də işçilərinizə sahib çıxasınız.? 

Qarabaq.info xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının səyfəsinə istinadən.

İşçi yazır- Bu gün səhər dəniz vağzalından işə gəlirdik. Artıq üçüncü dəfədir ki ,hər işə gedib gələrkən, bulvarın gəmiyə minən hissəsini zolaqlı lentlə bağlandığının şahidi oluruq. Həmən əraziyə isə, xüsusi mühafizəçini təhkim etmişlər. Həmən yol bağlı olduğundan işə gedib gələn neftçilər əlavə olaraq, bir xeylaq yolu dolaşmalı olurlar.

Səbəbini soruşduqda mühafizəçi bildirdi ki, bizə xüsusi göstəriş var ki, bu yoldan yalnız BP şirkətinin işçiləri gəmiyə minmək üçün istifadə edə bilərlər. Əyər nəzərə alsaq ki, həmən yol ümumi yoldur. Onda belə bir sual çıxır meydana. Kim bunlara belə bir ixtiyar verib ?

QHT-nin sədri Mirvari Qəhrəmanlı onuda bildirir ki,

28 May NQÇİ-nin rəisi Zaur Bağırovun bacısı oğlunu işlə təmin etdiniz SOCAR rəsmiləri? Onun başqa qohumlarının siyahisini də yazım? Yaxud başqa vəzifəlilərin? Xaricdə, ölkədə təhsil almış savadlı, sahə üzrə mütəxəsis kadrlara heyfiniz gəlmir? Onda Ali Neft Məktəbi nəyinizə lazımdır?


Qarabaq.info