Qarabaq.info » Cəmiyyət » Xərçəngdən uzaq durmaq istəyirsinizsə: Çiy, təzə və qabıqlı yeyin...


Xərçəngdən uzaq durmaq istəyirsinizsə: Çiy, təzə və qabıqlı yeyin...

Bağırsaq xərçəngi müasir cəmiyyətlərdə ən çox rast gəlinən xərçəng növlərindən biridir. Nizamsız qidalanma bağırsaq xərçənginin mühüm səbəbi olaraq qeyd edilir. Lifi az olan qidaların qəbul edilməsi xərçəng təhlükəsini artırır.

Müasir cəmiyyətlərdə “fast-food” yeməklərinin geniş yayılıb. Evdən kənarda yemək məcburiyyətində olan hər insanın xərçəng törədici maddələrə məruz qalma təhlükəsinin yüksəkdir.

Qarabaq.info Moderator.az “Dəvət” jurnalına istinadən bildirir ki, qızardılan yeməklərin, közdə və ya manqalda bişirilmiş ətin, yaxud tərkibində doymuş yağ olan qidalar bağırsaqlar üçün təhlükəlidir. Sağlam bağırsaqlar üçün lif baxımından zəngin olan quru paxla, meyvə-tərəvəz və taxıl qidaları qəbul edilməlidir.

Lifin bağırsaqda mühüm funksiyaya malik olduğunu qeyd edən ekspertlər, sağlam həyat üçün gündə 25 qr lifli qida qəbul edilməsini məsləhət bilirlər. Bağırsağa siqnal göndərərək nəcisin xaric edilmə funksiyasını hərəkətə gətirən lif, müxtəlif qidaların tərkibində orqanizmə daxil olan xərçəngtörədici maddələrin bağırsaqdan keçmə sürətini artırır, xərçəngtörədici maddələrin zərərli yağ turşularına çevrilməsinin qarşısını alır. Bundan başqa lifin digər faydaları da var.

“Çiy, təzə və qabıqlı yeyin” tövsiyəsi

Lifli qidalardan xüsusən meyvə-tərəvəzin ölkəmizdə çox qəbul edildiyini vurğulayan mütəxəssislər meyvə və tərəvəzləri qabığı ilə yeməyin zəruri olduğunu bildirirlər. Qabığı soyularaq və ya suyu sıxılaraq qəbul edilən meyvə və tərəvəzlərdə lif nisbəti aşağı düşür: “Meyvə və tərəvəzləri mümkün qədər çiy, təzə və qabıqlı yeməliyik. Bəzi insanlar şaftalı və əriyin qabığını soyaraq yemək istəyirlər. Naringini soyub içində olan ağ lifləri didib təmizləyirlər. Burada faydalı olan hissələri zibil qutusuna atırıq. Bütün bunlar səhvdir. Portağalın da yalnız üzündəki narıncı hissəsi soyulmalıdır. Gündə ən az 5 porsiya meyvə-tərəvəz qəbul edilməsi tövsiyə olunur. Bunun 3-ü meyvə, 2-si isə tərəvəz boşqabı formasında ola bilər. 5 porsiyadan az qəbul etdikdə, xərçəng başda olmaqla digər xroniki xəstəliklərin yaranma təhlükəsini artırırıq.

Tərkibində kafein olan çay və qəhvə əvəzinə su qəbul edilməsini məsləhət görən ekspertlərə görə, hər səhər bir stəkan su ilə 1-2 ərik qurusu, ərik və ya üzüm yedikdən yarım saat sonra səhər yeməyi qəbul etməyin, bağırsaqların gün ərzində daha yaxşı fəaliyyət göstərməsinə xeyri var.