Türkiyə Cümhuriyyətinin bir qrup aparıcı media orqanlarının rəhbərləri Azərbaycanda
18 mart 2017 21:58
Baxış Sayı: 869,
Müəllif: Qarabaqinfo
Çap Et
![]() Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın dəvəti ilə “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü ilə...” adlı layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətinin bir qrup aparıcı media orqanlarının rəhbərləri Dağlıq Qarabağın Azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Bayram Səfərovla görüşüblər. Jurnalistlərə Ermənistan-Azərbaycan münaqişəsi və onun tarixi kökləri, Qarabağın mədəniyyəti, tarixi barədə məlumat verilib. Bayram Səfərov qeyd edib ki, iyirmi ildən çoxdur ki, Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır və işğalçılıq siyasətindən əl çəkmir. İcmanın gördüyü işlər haqqında məlumat verən Bayram Səfərov sülh prosesinin nəticəsiz olacağı təqdirdə cənab Prezident, Ali Baş Komandanın əmri ilə hər bir azərbaycanlının torpaqlarımızı geri qaytarmaq üçün hazır olduğunu söylədi. Görüşdə həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Millət vəkili Qənirə Paşayeva Qarabağın, özəlliklə də tarixi-mədəniyyət abidələri ilə zəngin Şuşanın Azərbaycan mədəniyyətinə böyük töhfələr verdiyini bildirdi. O bildirdi ki, milli musiqi sənətimizdə mühüm rolu olan Şuşa başda olmaqla Dağlıq Qarabağın işğal altında olması hamımızı narahat edir. Azərbaycan həqiqətlərinin, xüsusilə də Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında jurnalistlərin, medianın rolu əvəzsizdir. Qarabağ həqiqətləri türk insanına, türk dünyasına, xüusilə də gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Bu baxımdan da qələm sahiblərinin üzərinə mühüm vəzifələr düşür. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ![]() ![]() ![]() Qarabaq.info |
Bu xəbəri dostlarınla paylaş: