Əli Həsənov: "İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması təşəbbüsü ilə ilk dəfə Azərbaycan çıxış edib"
03 oktyabr 2016 12:57
Baxış Sayı: 789,
Müəllif: Qarabaqinfo
Çap Et
"İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 2014-cü il dekabrın 3-də Tehranda keçirilən toplantısında ilk dəfə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Həmin konfransda mən bu təşəbbüsü səsləndirdim".
Qarabaq.info AzərTAc-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, Azərbaycan həmin vaxt Assosiasiyanın katibliyinin də ölkəmizdə yerləşdirilməsini təklif edib: "İslamın mahiyyətinin təhrif edilməsinin, müsəlmanların terrorçu kimi təqdim olunması meyllərinin qarşısının alınması üçün İslam ölkələri jurnalistlərinin bir platformada bir araya gəlməsi, fəaliyyətlərini əlaqələndirməsi zəruridir. Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Humanitar Forumda da İslam ölkələrinin həmrəylinin zəruri olduğunu vurğuladı. İnanırıq ki, bu məsələ İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 11-ci toplantısının müzakirəsinə çıxarılacaq, 2017-ci ildə Bakı şəhərində İƏT-ə üzv dövlətlərin jurnalistlərinin iştirakı ilə yeni yaranmış qurumun birinci konfransı təşkil ediləcək” |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|