Qarabaq.info » Araşdırma » Ölkə başçısına şikayət edənləri çağırıb hədə qorxu gəliblər


Ölkə başçısına şikayət edənləri çağırıb hədə qorxu gəliblər

 
Qarabaq.info  bu məlumatı  Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri  Mirvari Qəhrəmanlının  facebook səhifəsinə istinadən verib.

Aldığım məlumata görə Azneft İB-nin bəzi  idarə rəhbərləri vəzifə dərəcələrinin aşağı salınması ilə əlaqədar ölkə başçısına şikayət edənləri çağırıb hədə qorxu gəlib, Bu isə onlar  tərəfindən buraxılan çox ciddi səhvdir.
Ona görə ki, qanunları Milli Məclis qəbul edir, Prezident isə qol çəkir. Qanunlar isə işçini şikayətetmə hüququndan məhrum etmir.

Hörmətli vəzifə sahibləri, cəsarətiniz çatır, etirazınızı Milli Məclisə bildirin.