Azərbaycanda kredit təşkilatlarından biri bağlandı
05 oktyabr 2016 17:54
Baxış Sayı: 752,
Müəllif: Qarabaqinfo
Çap Et
Maliyyə Palatası “Azərpoçt” MMC-nin 7 şöbəsinə isə maliyyə xidmətlərinin həyata keçirilməsi üçün icazə verib.Qarabaq.info Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən, “Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin kreditlərin verilməsi üçün verilmiş lisenziyası müraciəti əsasında ləğv edilib. Maliyyə Palatasından verilən məlumata görə, “Naxçıvan Kredit” BOKT MMC-nin təsisçilərinin ümumi yığıncağı tərəfindən BOKT-nin könüllü ləğv edilməsinə dair qərar qəbul edilib və bununla əlaqədar olaraq Palataya müraciət olunub. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsini və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Kredit” BOKT MMC-yə kreditlərin verilməsi fəaliyyətinə verilmiş 6 iyul 2006-cı il tarixli lisenziyasını ləğv edilib. Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulmuş maliyyə xidmətlərinin həyata keçirilməsi üçün icazələrin verilməsinə dair qərar qəbul edib. Bizim yol. |
Bu xəbəri dostlarınla paylaş: