Anbarlarda satılmamış mal yığılıb
19 dekabr 2017 20:29
Baxış Sayı: 1 379,
Müəllif: Qarabaqinfo
Çap Et
Anbarlarda 577 milyon manatlıq satılmamış mal yığılıb. İqtisadçı ekspert Qubad İbadoğlu qeyd edir ki, İstehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı artmaqdadır. Belə ki, anbar qalığı 01 yanvar 2015-ci il vəziyyətinə 355,1 milyon manat, 01 yanvar 2016-cı il vəziyyətinə 415,8 milyon manat, 01 yanvar 2017-ci il vəziyyətinə 471,2 milyon manat olduğu halda 01 noyabr 2017-ci il vəziyyətinə 577 milyon manat təşkil etmişdir. Göründüyü kimi, 10 ay ərzində istehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 106 milyon manata qədər artıb. Anbarlarda hazır məhsul qalığının artımını əsasən 2 səbəblə izah etmək olar. Birincisi, istehsal olunan malların keyfiyyətsiz və rəqabətə davamlı olmadığından, eləcə də bazarın tələblərinə cavab vermədiyindən satılmaması, ikincisi isə bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaraq istehsalçıların onları satışa çıxarmaması.
Qarabaq.info |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|