Elman Rüstəmov: “Beynəlxalq Bank ətrafında baş verənlər manata təsir etməyəcək”
30 may 2017 12:44
Baxış Sayı: 844,
Müəllif: Qarabaqinfo
Çap Et
“Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planının baş tutub-tutmaması manatın məzənnəsinə təsir etməyəcək”. “APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
“Bu prosesin manatın məzənnəsinə heç bir təsiri olmayacaq. Bildiyiniz kimi, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planı Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul olunmuş proqrama əsasən həyata keçirilən tədbirdir”, - deyə o qeyd edib.
Bankir əlavə edib ki, ilin sonunadək manatın məzənnəsi üçün heç bir risk yoxdur: “İlin sonunadək manatın ucuzlaşması risklərini görmürük". Qarabaq.info |
Bu xəbəri dostlarınla paylaş: