Dövlət satınalmalarında qanunlara məhəl qoyulmur.
12 aprel 2017 17:18
Baxış Sayı: 847,
Müəllif: Qarabaqinfo
Çap Et
Dövlət satınalmalarında qanunlara məhəl qoyulmur. Qarabaq.info İqtisad elmləri doktoru Qubad İbadoğlunun facebook səhifəsində dərc etdiyi məqaləni təqdim edirik. Hesablama Palatasının yoxlamaların nəticələri belə qənaət gəlməyə ciddi əsaslar yaradır. Hesablama Palatası ötən il auditlə əhatə olunan və satınalma prosedurları tətbiq edilməklə keçirilmiş məbləği 1 mlrd. 421 mln. manat olmaqla 3 459 satınalma müqaviləsini təhlil edib. Aparılan təhlillər nəticəsində müəyyən olunub ki, audit olunan qurumlar tərəfindən 149 halda ehtimal olunan qiymət düzgün müəyyən edilməyib, 118 halda tenderdə iştirak haqqı alınmayıb, 86 halda tender komissiyasının fəaliyyəti müəyyən olunmuş qaydalara uyğun olmayıb , 171 halda iddiaçı kimi çıxış edən podratçılardan maliyyə vəziyyəti barədə sənədlər alınmayıb, 107 halda podratçının ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində müəyyən olunmuş tələblərə riayət edilməyib, 73 halda tender, təkliflər və kotirovka sorğusu barədə elanlar və nəticələr müəyyən edilmiş qaydada açıqlanmayıb, həmçinin müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində tələb olunan vaxtda və ya heç yerləşdirilməyib. Göründüyü kimi, bu sahədə qanunsuzluq o yerə çatıb ki, hətta bəzən tenderin qalibi ilə müqavilə belə imzalanmayıb və yaxud müqavilə imzalanarkən onun predmeti və məbləği dəyişdirilib. Belə ki, təhlillər göstərib ki, ötən il müqavilə 11 halda tender qalibi ilə deyil, başqası ilə imzalanıb, 121 halda isə imzalanmış müqavilənin predmeti və qiyməti dəyişdirilb.
|
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|