Qarabaq.info » Azərbaycan Hyustonda Dənizdə Texnologiyalar Konfransında təmsil olunub


Azərbaycan Hyustonda Dənizdə Texnologiyalar Konfransında təmsil olunub

 

Azərbaycan Hyustonda Dənizdə Texnologiyalar Konfransında təmsil olunub

Azərbaycanın energetika naziri Natiq Əliyev Hyustonda Dənizdə Texnologiyalar Konfransında (Offshore Technologies Conference/OTC 2017) iştirak edir.

Konfrans çərçivəsində nazir Natiq Əliyev Azərbaycan-ABŞ Enerji Forumu və "Xəzər hövzəsində regional inkişaf: Azərbaycan, Qazaxıstan və Türkiyə enerji dəhlizi" mövzusunda seminarda çıxış edib.


AZƏRTAC agentliyinin məlumatına görə, Natiq Əliyev Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini, onun Avropanın enerji təhlükəsizliyi və diversifikasiyasında iştirakı ilə yanaşı, region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağını vurğulayıb.


Eləcə də o, bu layihənin uğurla başa çatdırılmasında ABŞ-ın dəstəyinin vacibliyini qeyd edib.


Azərbaycanın enerji resurslarının inkişafı və dünya bazarına çıxarılmasında ABŞ şirkətlərinin rolunu vurğulayan nazir bu sahədə yeni əməkdaşlıq imkanlarından bəhs edib.


 

Natiq Əliyev və Robert Sekuta


ABŞ-ın Azərbaycandakı səfirliyi isə Twitter səhifəsində yazır ki, konfrnas zamanı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və nazir Əliyev ABŞ şirkətlərinin Azərbaycanda biznes imkanları və ölkədəki biznes mühiti haqqında sualları cavablandırıb.


“Azərbaycanla ABŞ arasında komersiya əlaqələrin gücləndirilməsində müsbət rol oynacaq”, səfir Sekuta qeyd edib.


Səfər zamanı nazir Əliyevin ABŞ-ın hökumət rəsmiləri, o cümlədən ticarət nazirinin müavini Kenet Hyat, Hyuston şəhərinin meri Silvester Törner, İxrac-İdxal bankının yüksək vəzifəli nümayəndələri, habelə sərgidə iştirak edən enerji sahəsində aparıcı şirkətlər olan ExxonMobil, BP, KBR, Statoil və digərlərin nümayəndələri ilə görüşləri keçirilib.


Dənizdə Texnologiyalar sərgi və konfransında 100-dən çox ölkədən ümumilikdə 6000-ə yaxın nümayəndə, 100 000-dən çox ziyarətçı iştirak edib.