Dogru.Tv > Ölkə içi > Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı Prezidentinin Sərəncamı
Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı Prezidentinin SərəncamıTarix: 16-06-2017, 12:36. Müəllif: Qarabaqinfo |
Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan on səkkiz min nəfər məcburi köçkünün məskunlaşdığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Qarabaq.info-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Geri Qayıt |