Dogru.Tv > Sosial > Məcburi köçkün qəsəbəsində uşaqlar üçün seminar təşkil edilmişdir
Məcburi köçkün qəsəbəsində uşaqlar üçün seminar təşkil edilmişdirTarix: 25-06-2018, 17:24. Müəllif: Qarabaqinfo |
“İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Cəbhə bölgəsində yaşayan məcburi köçkün uşaq və yeniyetmələrin sosial inteqrasiyası məqsədilə yay məktəbinin təşkili” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini cəbhəyanı bölgələrdə yaşayan uşaq və yeniyetmələrin ictimai fəallığını artırmaq, asudə vaxtının səmərəli təşkili ilə sosial inteqrasiyası və təhsilə marağınıi təbliğ etmək təşkil edir. Layihə çərçivəsində ilk seminar “Sosial fəaliyyət və effektiv komunikasiya” mövzusunda Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon Böyük Mərcanlı kəndindən olan məcburi köçkünlər üçün salınmış 4- cü qəsəbədə uşaqların və pedoqoji heyətin iştirakı ilə keçirilmişdir. Seminarı giriş sözü ilə açan Cəbrayıl rayon Təhsil Şöbəsinin əməkdaşı açaraq həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək, regionlarda belə layihələrin məcburi köçkün qəsəbələrində həyata keçirilməsinin uşaqlar üçün faydalı olacağını qeyd etmişdir. Layihə rəhbəri Jalə Teymurlu həyata keçirilən layihə, donor təşkilat barədə iştirakçılara məlumat verərək bildirmişdir ki, bu gün ölkəmizdə digər uşaqlarla yanaşı, aztəminatlı ailələrin, eyni zamanda qaçqın və məcburi köçkünlərin uşaqlarının təhsilinə və inkişafına ciddi diqqət yetirilir, respublikamızda uşaqların hərtərəfli inkişafı, hüquqlarının qorunmasıi ilə bağlı geniş tədbirlər həyata keçirilir. Bu gün məhz məcburi köçkün uşaqları ilə görüşün keçirilməsi, fikir mübadiləsi aparılması bu istiqamətdə QHT-lərin də fəaliyyətlərinin davamlı olaraq həyata keçirilməsini zəruri edir. Layihənin eksperti Gülnar Cəfərli uşaqlara sosial fəaliyətlərin uşaqların inkişafında və gələcək karyerasında yeri, effektiv komunikasiya, uşaq hüquqları və uşaqların vəzifələri, gender bərabərliyi mövzusunda təqdimat etmişdir. Seminar qarşılıqlı müzakirə şəklində davam etmiş, seminar iştirakçılarının suallarını cavablandırılmışdır. İştirakçılar belə maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyini qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən belə layihələrin məcburi köçkün qəsəbələrində icra olunmasına dəstək göstərdiyinə görə minnətdarlıqlarını ifadə etmişlər. Layihə çərçivəsində növbəti seminarlar Füzuli, Agdam və Göygöl rayonunda da keçirildikdən sonra iyul ayında seçilmiş 30 məcburi köçkün uşaq və yeniyetmələrin iştirakı ilə Göygöl rayonunda keçiriləcək 3 günlük Yay məktəbi haqqında da məlumat verilmiş və iştirakçıların müraciət qaydaları və seçim prossesi də müzakirə edilmişdir. “İnci” məcburi köçkün qadınlar İctimai Birliyinin İnformasiya departamenti. Qarabaq.info Geri Qayıt |