Dogru.Tv > Sosial > PA-nın məsləhətçisi: "Bütün məsələlərdə beynəlxalq təcrübəyə əsaslanmaq olmur"
PA-nın məsləhətçisi: "Bütün məsələlərdə beynəlxalq təcrübəyə əsaslanmaq olmur"Tarix: 24-10-2017, 13:08. Müəllif: Qarabaqinfo |
![]() "Azərbaycan hökuməti cəza siyasətinin sərtləşdirilməsinin deyil, humanistləşdirməsinin tərəfdarıdır". Bunu "Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması" mövzusunda keçirilən konfransda Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin məsləhətçisi Əli Ağayev deyib. O bildirib ki, məişət zorakılığının qarşısının alınması üçün əsasən hüququ təbliğat və maarifləndirmə üsullarından istifadə olunmalıdır: "Təbii ki, məqsədəuyğun təkliflər həmişə nəzərə alınır". Ə.Ağayev qeyd edib ki, məişət zorakılığının qarşısının alınmasında, istər barışıq, istərsə də cəzalandırma məsələsi olsun, yerli şərait nəzərə alınmalıdır: "Bütün məsələlərdə beynəlxalq təcrübəyə əsaslanmaq olmur". Report. AİM.az Geri Qayıt |