Dogru.Tv > Sosial > Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri SOCAR rəhbərliyinə sual
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri SOCAR rəhbərliyinə sualTarix: 4-10-2017, 14:11. Müəllif: Qarabaqinfo |
SOCAR prezidenti cənab Rövnəq Abdullayevə və vitse prezident cənab Xalik Rafi Mammadova sual! Qarabaq.info bu məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının facebook səhifəsinə istinadən bildrir ki, Dəfələrlə həm sosial şəbəkələrdə, həm də şirkət tədbirlərində qeyd etmişəm ki, şirkətdə bəzi savadsız, ölkəmin əmək qanunvericiliyinisaymayan işəgötürənlərin işçilərlə bağladığı müvəqqəti əmək müqavilələri nəticəsində hər il yüzlərlə insan işsiz qalır. Bu şirkət hesabatında da qeyd olunub. Və ölkə qanunvericiliyinisaymayan, bunun müqabilində cəzasız qalan balaca hökmdarlar, işçiyə " sifarişin"yuxarıdan gəldiyini izah edirlər. Bir müddət əvvəl Nəqliyyat idarəsinin ( rəis Elçin Zülfüqarov) 5 saylı Texnoloji Nəqliyyatdepartamentinin işçisi Novruzov Emil də qeyri qanuni bağlanmış müvəqqəti müqavilə qurbanlarındanbiridir. Emilin isə 3 azyaşlı övladı var. Siz isə bu uşaqları çörəksiz qoymusunuz. Ölkənin Əmək qanunvericiliyinipozmaqla! Bilmək istərdim:-Əmək qanunvericiliyinisaymayan idarə rəhbərləri niyə cəzalandırılmır?Qanunmu alidir , yoxsa kiminsə qohumu? Onları cəzalandırmamaqla Siz niyə. ARƏM- 310,311,312. maddələrini pozursunuz? İşçilərlə müvəqqəti müqavilə bağlama komandası hansı "yuxarı" vəzifəli şəxsdən gəlir? Və müvəqqət müqavilə bağlayıb işdən azad etdiyiniz 453nəfərin, o cümlədən Emil Novruzovun ailəsinə etdiyinizinsafsızlığın günahı kimin boynundadır? Qeyd: amma yalandan deməyin ki, işçi özü müvəqqəti müqavilə bağlanmasını istəyir. Deyərsinizsə bu lap ağ yalandır. Qarabaq.info Geri Qayıt |