Dogru.Tv > Siyasət > Finlandiyalı müşahidəçi: “Referendum xalqın iradəsini əks etdirir"

Finlandiyalı müşahidəçi: “Referendum xalqın iradəsini əks etdirir"


Tarix: 27-09-2016, 12:55. Müəllif: Behruz
 

 Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Avropa İttifaqı Regional Komitə üzvlərindən ibarət Müşahidə Qrupunun mətbuat konfransı keçirilib.

 

Qarabaq.info APA-nın xəbərinə görə, 4 nəfərlik qrupun rəhbəri, Finlandiyadan olan Paulina Haijanen bildirib ki, referendumla bağlı səsvermə prosesini müşahidə ediblər: “Konstitusiyaya dəyişiklərinin məzmunu və legitimliyini araşdırdıq. Bu, suveren Azərbaycan dövlətinin qanunvericiliyinə uyğundur. Dəyişikliklər ölkədə idarəçilik sisteminin gücləndirilməsinə, insan hüquqlarının qorunmasına xidmət edir”.

 

İki Seçki Dairəsi üzrə 10 məntəqədə müşahidə apardıqlarını deyən natiq əlavə edib ki, səsvermə prosesi texniki və təşkilatı baxımdan yüksək səviyyədə olub: “Məntəqələrdə seçici aktivliyi yüksək olur və səsvermə dinc şəraitdə keçirilib. Polis və icra orqanları  əməkdaşlarının heç bir müdaxiləsi müşahidə olunmayıb. Hər kəs səsverməyə gələrək rahat şəkildə hüququndan istifadə edib. Konstitusiya dəyişikliklərlə bağlı referendum tam legitimdir, xalqın iradəsini müstəqil şəkildə əks etdirir".


Geri Qayıt