Dogru.Tv > Siyasət > Siyasi məhbus ailələri beynəlxalq İnsan Haqları gününü qeyd etdi
Siyasi məhbus ailələri beynəlxalq İnsan Haqları gününü qeyd etdiTarix: 11-12-2016, 02:04. Müəllif: Qarabaqinfo |
Bu gün Beynəlxalq İnsan haqları günü ilə bağlı bir neçə tədbir keçirilib. Bu tədbirlərdən biri də “Siyasi Məhbuslarsız Azərbaycan Alyansının” kordinatoru Oktay Gülaliyevin təşkilatçılığı ilə keçirilib. Tədbirdə xeyli siyasi məhbus ailələri iştirak edib. İnternet resursları üzərindən tədbirə hazırda Hollandiyada olan keçmiş siyasi məhbus Leyla Yunus da qatılıb. O, siyasi məhbuslarla bağlı beynəlxalq tədbirdə iştirak etdiyini bildirib. Hollandiyada Bayram Məmmədov və Qiyas İbrahimovla bağlı xeyli plakatlara rast gəlindiyini də qeyd edib. Leyla Yunus özü, həyat yoldaşı Arif Yunus və qızları Dinara 24 saat ərzində yaxalarında Fuad Qəhrəmanlı və Tale Bağırzadənin şəkilləri asılmış halda gəzəcəklərini bildirib. Tədbirin sonunda siyasi məhbusların ailələri məhbuslarla bağlı işləri koordinasiya etmək üçün işçi qrup yaradıb. istiqlal.az Geri Qayıt |