Dogru.Tv > Siyasət > Avropa Xalq Partiyasının müşahidə missiyası: Referendum beynəlxalq standartlara uyğun keçirilib

Avropa Xalq Partiyasının müşahidə missiyası: Referendum beynəlxalq standartlara uyğun keçirilib


Tarix: 26-09-2016, 22:10. Müəllif: Behruz

 

  Avropa Xalq Partiyasının müşahidə missiyası Azərbaycanda keçirilən referendumla bağlı bəyanat verib.

 

  Qarabaq.info  APA-nın xəbərinə görə, bəyanatda bildirilir ki, 26 sentyabrda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi azad, sərbəst, açıq və ən mütərəqqi beynəlxalq standartlara uyğun keçirilib.
 

"26 sentyabrda keçirilmiş referendum Azərbaycan xalqının iradəsini əks etdirir. Referendum zamanı bütün prosedurlar beynəlxalq standartlara uyğun olub. Avropa Xalq Partiyasının nümayəndələri 20-ə yaxın məntəqədə səsvermə prosesini müşahidə ediblər", - deyə bəyanatda qeyd olunub.


Geri Qayıt