Dogru.Tv > Siyasət > Türkiyə xarici işlər naziri: "Azərbaycanın maraqlarında olan istənilən nizamlanmanı dəstəkləyirik"

Türkiyə xarici işlər naziri: "Azərbaycanın maraqlarında olan istənilən nizamlanmanı dəstəkləyirik"


Tarix: 12-10-2016, 18:44. Müəllif: Qarabaqinfo
 

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səmimi səylər ortaya qoyduq. Ermənistanla da münasibətlərimizin normallaşması üçün səy göstərdik, İsveçrədə razılaşma imzalandı, lakin uğurlu olmadı".

 

 Qarabaq.info APA-nın Avropa müxbiri xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan MM-in üzvü Qənirə Paşayevanın sualına cavabında deyib.

 

Nazir bildirib ki, Minsk qrupunun, həmçinin Rusiyanın da bu münaqişənin həlli ilə bağlı səyləri var.

 

"Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən, xüsusilə 5 rayondan çıxarılması məsələsi son vaxtlar gündəmdədir. Rusiya bu səylərini bizimlə paylaşdı, biz də dəstəyimizi ifadə etdik. Biz Azərbaycanın maraqlarında olan istənilən nizamlanmanı dəstəkləyirik. Ermənistanla münasibətlərimizin də düzəlməsini istəyirik. Niyə bu işğal davam etməlidir?", - deyə o bildirib.

 

M. Çavuşoğlu Minsk qrupunun da bu istiqamətdə səylərini artırmalı olduğunu vurğulayıb. apa.


Geri Qayıt