Dogru.Tv > Siyasət > ABŞ-ın tanınmış jurnalisti Masazırda məcburi köçkünlərlə görüşüb
ABŞ-ın tanınmış jurnalisti Masazırda məcburi köçkünlərlə görüşübTarix: 6-10-2016, 11:34. Müəllif: Qarabaqinfo |
Azərbaycanla bağlı yeni kitab yazmaq məqsədilə Azərbaycana gələn “Dağlarda qətl: Xocalıdakı hərbi cinayətlər və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi, ABŞ-ın tanınmış jurnalistlərindən olan Raul Kontreras Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun müşayiəti ilə Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə məskunlaşan soydaşlarımızla görüşüb.
Qarabaq.info Komitədən APA-ya bildirilib ki, yeni nəşrə daxil etmək üçün Azərbaycan haqqında, o cümlədən ölkəmizdəki qaçqın və məcburi köçkünlər, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərlə bağlı reallıqları olduğu kimi qələmə almaq məqsədilə görüşə gələn jurnalistə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində evlərindən didərgin salınmış soydaşlarımızın problemləri, bu problemlərin həlli istiqamətində dövlət tərəfindən görülən işlər barədə hərtərəfli məlumat verilib. F. Hüseynov diqqətə çatdırıb ki, respublikamızın müxtəlif bölgələrində bütün sosial-texniki infrastruktura malik bu cür 95 çoxmərtəbəli yaşayış binaları kompleksi tikilib, qəsəbələr salınıb və 250 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Raul Kontreras, həmçinin məhəllədə məskunlaşan məcburi köçkünlərin mənzilinə də baş çəkib, onların həyat və yaşayış tərzi ilə maraqlanıb. Geri Qayıt |