Dogru.Tv > Siyasət > Müdafiə naziri Bolqarıstanın iqtisadiyyat naziri ilə görüşüb

Müdafiə naziri Bolqarıstanın iqtisadiyyat naziri ilə görüşüb


Tarix: 30-09-2016, 17:46. Müəllif: Qarabaqinfo
 

 Sentyabrın 30-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycana səfər edən Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Qarabaq.info APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanla Bolqarıstan arasında əməkdaşlıq münasibətlərinin dostluq və qarşılıqlı etimad şəraitində ilbəil uğurla inkişaf etdiyi vurğulanıb.

 

Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat verib.
 

Bolqar nazir iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafından məmnunluğunu bildirib. Ölkələrimizin ənənəvi dostluq əlaqələrinə malik olmaqla yanaşı, Azərbaycanın həm də Bolqarıstanın mühüm strateji tərəfdaşı olduğunu vurğulayan B.Lukarski Bakıda keçirilən görüşlərin də bu əməkdaşlığa güclü təkan verəcəyinə əminliyini bildirib. 


Görüşdə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 


Geri Qayıt