Dogru.Tv > Siyasət > Azərbaycan Prezidenti Fransanın sabiq Baş nazirini qəbul edib
Azərbaycan Prezidenti Fransanın sabiq Baş nazirini qəbul edibTarix: 21-06-2017, 17:58. Müəllif: Qarabaqinfo |
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın sabiq Baş nazirini qəbul edib. Prezident İlham Əliyev Fransa Respublikasının sabiq Baş naziri, “Villepin International” şirkətinin prezidenti Dominik de Vilpeni qəbul edib. Dominik de Vilpen Prezident İlham Əliyev ilə son görüşünü xatırlayaraq qeyd etdi ki, bu görüşdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycanda bütün sahələrdə inkişaf daha da sürətlənib və ölkədə baş verən dəyişikliklər, sabitlik göz qabağındadır. O, eyni zamanda, Bakıda keçiriləcək Formula-1 yarışlarının çox böyük maraq doğurduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü və ölkənin inkişafı ilə bağlı genişmiqyaslı işlərin həyata keçirildiyini dedi. Görüşdə Azərbaycan Respublikasının Prezidenti ilə Fransa Respublikasının sabiq Baş naziri Dominik de Vilpen arasında bundan əvvəl keçirilən görüşlər zamanı səmərəli və məhsuldar müzakirələrin aparıldığı məmnunluqla qeyd edildi, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı və əməkdaşlığımızın bundan sonra da möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi. Qarabaq.info-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Geri Qayıt |