Dogru.Tv > Siyasət > Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının idarə heyətinin iclası keçirilib
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının idarə heyətinin iclası keçirilibTarix: 6-05-2017, 13:20. Müəllif: Qarabaqinfo |
5 may 2017-ci ildə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının idarə heyətinin iclası keçirilib. Toplantıda öncə ölkədə ictimai-siyasi durum dəyərləndirilib, son zamanlar artan represiyalardan, demokratik dəyərlərə sayğısızlıqdan narahatlıq ifadə olunub. Bununla bağlı ayrıca bəyanat qəbul edilməsinə qərar veilib. Toplantıda həmçinin iqtisadi sahədə yaranmış vəziyyət, xüsusilə də əhalinin dolanışığının pisləşməsi və pensiya islahatları adı ilə mövcud qanunvericilikdəki mürtəce dəyişikliklər də tənqid ediilib. İdarə Heyəti üzvləri Hərəkatın Komissiyalarının fəaliyyətini tənzimləyən Əsasnaməni qəbul edib. Ali Məclisin növbəti sesiyasının vaxtını və proqramını müəyyənləşdirib. İclada ADR Hərəkatının qeydiyyatından imtinaya dair məhkəmə preosesi ilə əlaqədar mayın 2-də 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəmə keçirilən hazırlıq iclasının nəticələri və növbəti məhkəməyə hazırlıq məsələsi də müzakirə olunub. Qarabaq.info xəbər verir ki, bu barədə ADR Hərəkatının sədri Qubad İbadoğlu facebook səyfəsinə istinadən bildirib. Qarabaq.info Geri Qayıt |