Dogru.Tv > Siyasət > MDB ölkələrinin hökumət başçıları Kazanda görüşəcəklər
MDB ölkələrinin hökumət başçıları Kazanda görüşəcəklərTarix: 30-03-2017, 17:18. Müəllif: Qarabaqinfo |
MDB-nin iştirakçısı olan ölkələrin hökumət başçılarının görüşü mayın 26-da Tatarıstanın paytaxtı Kazanda, MDB ölkələrinin sammiti isə sentyabr ayında Moskvada keçiriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə məlumat verib. M.Zaxarova deyib: “MDB Hökumət Başçıları Şurası mayın 26-da Kazanda nəzərdə tutulub, MDB Dövlət Başçıları Şurası isə 2017-ci ilin sentyabrında Moskvada planlaşdırılıb”. AZƏRTAC Geri Qayıt |