Dogru.Tv > --- > Rusiyanın tanınmış müxalifət partiyası seçkinin nəticələrini tanımadı
Rusiyanın tanınmış müxalifət partiyası seçkinin nəticələrini tanımadıTarix: 23-09-2016, 19:23. Müəllif: Behruz |
Rusiyanın tanınmış müxalifət partiyası olan Rusiya birləşmiş demokrat partiyası- “YABLOKO” Dövlət Dumasına keçirilmiş seçkilərin nəticələrini tanımadığını bəyan edib. Strateq.az bildirir ki, bu barədə partiyanın lideri Qriqori Yavlinski bəyanat verib. Partiyanın bəyanatında deyilir ki, bu seçkilər dövlətin necə dərin böhran vəziyyətinə düşdüyünü nümayiş etdirdi. Sənəddə deyilir ki, səsverməyə gələn seçicilərin sayı ötən ilərdəkinə nisbətən kəskin şəkildə aşağı düşüb. “Bu göstərici hakimiyyətlə cəmiyyət arasında olan uçurumun aydın nümunəsidir. Rusiyadakı hakim dairə dəyşikliklərin qeyri-mümkün olması barədə fikir yaradır. Bu modeli “hibrid stalinizm” adlandırmaq olar. İqtidar bolşevik-stalinçi texnologiya olan total yalan və zorakılıq metodu ilə cəmiyyəti idarə edir. Bunun obyektiv nəticəsi dövlətin və onun instutlarının legitimsizləşdirməkdir. Hakimiyyət bu yolla dövləti dağıdır və üzərində oturduğu budağı kəsir. Biz bu seçkilərin nəticələrini tanımadığımzı bəyan edirik”. Strateq.az Geri Qayıt |