Dogru.Tv > Ölkə içi > AŞPA missiyası Azərbaycanda referendumla bağlı ilkin rəyini açıqlayıb

AŞPA missiyası Azərbaycanda referendumla bağlı ilkin rəyini açıqlayıb


Tarix: 27-09-2016, 12:28. Müəllif: Behruz
 

"Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik".

 

 Qarabaq.info  APA-nın məlumatına görə, bunu AŞPA-nın Azərbaycanda ötən gün keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib.

 

Onun sözlərinə görə, AŞPA nümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib: "Azərbaycan Konstitusiyası qanuni və legitim hesab olunur. Səsvermə prosesi şəffaf və yaxşı təşkil olunub, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir".


Geri Qayıt