Dogru.Tv > Ölkə içi > Bu gün Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı fəaliyyətə başlayacaq
Bu gün Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı fəaliyyətə başlayacaqTarix: 30-12-2016, 23:37. Müəllif: Qarabaqinfo |
Bu gün Naxçıvanda Naxçıvan-İran biznes-forum keçiriləcək və yeni dəmir yol xətti işə salınacaq. Qarabaq.info Turanxeber.az istinadən xəbər verir ki, bunu Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komisiyanın dekabrın 27-də Bakıda keçirilən 11-ci iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, Naxçıvan-Məşhəd-Naxçıvan qatarı vasitəsilə ildə 12 mindən çox sərnişin daşınacaq. Qeyd edək ki, Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə müasir avadanlıqlar quraşdırılıb. Marşrut üzrə sərnişin biletlərini dekabrın 24-dən etibarən Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalarda satılır. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edəcək. Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı (69 manat) təşkil edir. Gediş haqqı tarifinə yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında" 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb. Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq. Geri Qayıt |