Dogru.Tv > Ölkə içi > Bərdə rayonunda gənc sosial işçilər və mütəxxəsislər üçün, “Bizdə hamı kimi” layihəsi çərçivəsində təlim təşkil edilmişdir

Bərdə rayonunda gənc sosial işçilər və mütəxxəsislər üçün, “Bizdə hamı kimi” layihəsi çərçivəsində təlim təşkil edilmişdir


Tarix: 7-12-2016, 17:04. Müəllif: Qarabaqinfo

 

“Bizdə hamı kimi” layihəsi çərçivəsində təlim təşkil edilmişdir


Qarabaq.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Günay Hüseynova tərəfindən Bərdə rayonunda həyata keçirilən “Bizdə hamı kimi ” adlı layihə çərçivəsində Bərdə rayonunda gənc sosial işçilər və mütəxxəsislər üçün təlim həyata keçirilmişdir.

Təlim zamanı layihənin təlimçisi Vüsalə Hüseynova tərəfindən sosial işin inkişaf tarixi, əlilliyi olan yeniyetmə və gənclərə göstərilən sosial xidmətlər, əlliliyə tibbi və sosial yanaşma, əllliliklə bağlı terminologiya və inklüziv təhsil haqqında məlumatlar verilib, müzakirələr aparılmışdır. İştirakçıların təcrübəsinin artırılması üçün qısametrajlı film nümayiş olunmuş və əlillik və sosial işlə bağlı təqdimat da iştirakçılara təqdim edilmişdir.

Qeyd edək ki layihənin əsas məqsədi gənc mütəxəssislərin inkluziv təhsillə bağlı hazırlanması yolu ilə sağlamlıq imkanları məhdud və əlilliyi olan, xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin cəmiyyətə və hüquqlarını təşviq etməklə onların sosial inteqrasiyasına dəstək olmaqdır.


 


Geri Qayıt