Dogru.Tv > Ölkə içi > Prezident: "Yaxşı yaşayan daha çox vergi ödəməli, aztəminatlı təbəqə dövlət tərəfindən qorunmalıdır"

Prezident: "Yaxşı yaşayan daha çox vergi ödəməli, aztəminatlı təbəqə dövlət tərəfindən qorunmalıdır"


Tarix: 3-12-2016, 00:45. Müəllif: Qarabaqinfo

 "Yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və qorunur. Bu, sosial ədalət prinsipidir".


Qarabaq.info "Report"-a istinadən xəbər verir ki, bunu dekabrın 2-də Prezident İlham Əliyev Zərdab Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.


Dövlət başçısı yeni iş yerlərinin yaradılması istiqamətində çox ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırıb:


"Bu gün bütün bölgələrimizdə çox böyük canlanma gedir. İnsanlar kənd təsərrüfatı ilə çox həvəslə məşğul olurlar, dövlət öz dəstəyini göstərir, subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq, texnika verilir. Yəni, hər şey etməyə çalışırıq ki, insanlar daha da rahat yaşasınlar və dünya böhranının mənfi təsirindən özlərini qoruya bilsinlər".


İlham Əliyev bildirib ki, hökumətin atdığı bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir:


"Çünki yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik. Biz bazar iqtisadiyyatı prinsipi əsasında yaşayırıq, eyni zamanda, vətəndaşların sosial təminatı da daim diqqət mərkəzindədir. Beləliklə, biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik".


Geri Qayıt