Dogru.Tv > Ölkə içi > "Qiyas İbrahimova çıxarılan hökm ədalətə tam istehzadır"
"Qiyas İbrahimova çıxarılan hökm ədalətə tam istehzadır"Tarix: 27-10-2016, 18:12. Müəllif: Qarabaqinfo |
"Amnesty International" (Beynəlxalq Əfv) beynəlxalq hüquq müdafiə təşkilat NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun həbsinə münasibət bildirib. "Sabiq prezidentin heykəli üzərinə qraffiti çəkdikdən sonra həbs edilmiş 22 yaşlı fəala 10 il həbs verilməsi ifadə azadlığının şokedici təhqiridir", Amnesty İnternational-ın bəyanatında deyilir. Qurumun Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev qeyd edib ki, Qiyas İbrahimova çıxarılan hökm "ədalətə tam istehza"dır. Oktyabrın 25-də NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. NİDA hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar. Təşkilat həmçinin Qiyas İbrahimovun həbs edildikdən sonra işgəncəyə məruz qaldığını qeyd edib. Amnesty International Qiyas İbrahimovu və Bayram Məmmədovu "vicdan məhbus"u elan edib. Qurum hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtadır. "Gəncləri siyasi fəaliyyətinə görə cəzalandırmaq yeganə məqsəd olub". “Biz beynəlxalq təşkilatları ifadə, birləşmək və dinc toplaşmaq azadlığı hüquqlarına hörməti təmin etmək üçün Azərbaycan hökumətinə təzyiq etməyə çağırırıq”, Denis Krivoşeyev qeyd edir. amerikaninsesi.org Geri Qayıt |