Dogru.Tv > Ölkə içi > Cəbrayıl rayonundan olan məcburi köçkün qəsəbəsində. Şuranın dəstəyi ilə “İnnovativ texnologiyaların tətbiqi yolu ilə yerli istehsalın artırılması” məsələləri müzakirə edilmişdir.
Cəbrayıl rayonundan olan məcburi köçkün qəsəbəsində. Şuranın dəstəyi ilə “İnnovativ texnologiyaların tətbiqi yolu ilə yerli istehsalın artırılması” məsələləri müzakirə edilmişdir.Tarix: 24-10-2016, 21:15. Müəllif: Qarabaqinfo |
Şuranın dəstəyi ilə “İnnovativ texnologiyaların tətbiqi yolu ilə yerli istehsalın artırılması” məsələləri müzakirə edilmişdir. Qarabaq.info “İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Fermerlərin maarifləndirilməsi və innovativ texnologiyaların tətbiqi yolu ilə yerli istehsalın artırılmasına dəstək” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində Biləsuvar rayonu ərazisində salınmış Cəbrayıl rayonundan olan məcburi köçkün qəsəbəsində Cəbrayıl rayon icra Hakimiyyətinin dəstəyi ilə “İnnovativ texnologiyaların tətbiqi yolu ilə yerli istehsalın artırılması” mövzusunda təlim keçmişdir. Təlimdə fermerlərin maarifləndirilməsi və onların innovativ texnologiyaların tətbiqi sahəsində bilik və bacarıqlarının artırılması yolu ilə yerli istehsalın rəqabət qabiliyyətini artırmaq məsələləri öz əksini tapmışdır. Təlimçi Kənd Təsərrüfatı üzrə mütəxxəsis Məhəmməd Şirinov tərəfindən rəqabətə davamlı məhsulun alınması üçün yerli istehsalın artırılmasının əsas amilləri, kənd təsərrüfatında regional-iqlim şəraiti nəzərə alınmasının yerli istehsalın təşkilində əhəmiyyətı, yerli istehsalın artırılmasında innovativ texnologiyaların tətbiqi məsələləri haqqında ətraflı məlumat vermiş, yerli fermerlər arasında əlaqələrin gücləndirilməsi və fermerlərin, qadın sahibkarların satış və idarəetmə sahəsində bacarıqlarının artırılması mövzusunda müzakirələr aparılmışdır . Təlimin sonunda mövzu ətrafında iştirakçıların sualları cavablandirilib, müzakirələr aparılıb. Geri Qayıt |