Dogru.Tv > Ölkə içi > DİN: Referendum günü şəxsiyyət vəsiqəsi alınması üçün sənədlərin qəbulu davam edəcək
DİN: Referendum günü şəxsiyyət vəsiqəsi alınması üçün sənədlərin qəbulu davam edəcəkTarix: 24-09-2016, 14:31. Müəllif: Behruz |
Bu il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) günü ilə əlaqədar həmin günün qeyri-iş günü olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin (DİN) şəhər-rayon polis orqanlarının müvafiq qurumlarında şəxsiyyət vəsiqəsinin alınması üçün sənədlərin qəbulu davam edəcək. Bu barədə Ölkə.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. “Sənədlərin qəbulu səhər saat 8.00-dan axşam saat 20.00-dək həyata keçiriləcək”, - DİN-dən bildirilib. Geri Qayıt |