Dogru.Tv > Ölkə içi > Millət vəkili Ölkəmizdə nəhayət ki "Azərkitab" kimi yüksək səviyyəli bir kitab evi fəaliyyətə başladı

Millət vəkili Ölkəmizdə nəhayət ki "Azərkitab" kimi yüksək səviyyəli bir kitab evi fəaliyyətə başladı


Tarix: 5-10-2017, 19:41. Müəllif: Qarabaqinfo
 
Millət vəkili Qənirə Paşayeva Ölkəmizdə nəhayət ki "Azərkitab" kimi yüksək səviyyəli bir kitab evi fəaliyyətə başladı.

"Azərkitab"ı ziyarət etdik, rəhbərliyi və kollektivi ilə gözəl müzakirələr oldu və şəraiti ilə yaxından tanış olduq. "Azərkitab"ın rəhbərinin çox gənc yaşlardan məhz bu işlə məşğul olması, yəni işin peşəkarı olması "Azərkitab"da dərhal hiss olunur. Burada oxucularla gözəl görüşlərin, kitabla bağlı müxtəlif tədbirlərin keçirilməsi yüksək səviyyədə şəraitin olması təqdirəlayiqdir. "Azərkitab"ın bütün kollektivini təbrik edirəm və inanıram ki, böyük həvəslə danışdıqları gözəl layihələri həyata keçirəcəklər və ölkəmizdə kitab mühitin canlanmasına öz gözəl töhfələrini daha yüksək səviyyədə verəcəklər.

"Azərkitab"da keçirdiyimiz tədbir də bu peşəkar kollektivin sayəsində yüksək səviyyədə baş tutdu. İnanıram ki, "Azərkitab" yazarlar, şairlər və oxucular üçün gözəl bir məkan olmaqda davam edəcək. Təbriklər və uğurlar.

 



 
Qarabaq.info
Geri Qayıt