Dogru.Tv > Ölkə içi > Türkiyənin Müdafiə naziri Azərbaycana səfər edəcək

Türkiyənin Müdafiə naziri Azərbaycana səfər edəcək


Tarix: 27-09-2017, 11:56. Müəllif: Qarabaqinfo

Sentyabrın 27-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Qarabaq.info Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.

Səfər sentyabrın 29-dək davam edəcək.
Geri Qayıt