Dogru.Tv > Ölkə içi > “Mənzillərin verilməsi ilə bağlı bəzi jurnalistlərin sənədlərində saxtakarlıq aşkarlanıb” - Vüqar Səfərli maaşı paketlə alanlardan danışdı

“Mənzillərin verilməsi ilə bağlı bəzi jurnalistlərin sənədlərində saxtakarlıq aşkarlanıb” - Vüqar Səfərli maaşı paketlə alanlardan danışdı


Tarix: 30-06-2017, 23:28. Müəllif: Qarabaqinfo

Bu gün Bakıda jurnalistlərlə bağlı konfrans keçirilir. Avropa İttifaqının maliyyə dəstəyi ilə təşkil edilən konfrans Jurnalist Həmkarları İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən “Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində təşkil edilən “Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri” mövzusundadır.


Qarabaq.info Enter.News-ə istinadən bildrir ki, Tədbirdə Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli çıxış edib. O, qeyd edib ki, mənzillərlə bağlı namizdəliyi irəli sürülən bəzi jurnalistlərin sənədlərində saxtakarlıqlar aşkarlanıb:


“Bizim təşkilat 2009-cu ildən fəaliyyət göstərir. Biz o dövrdə redaksiyalardan mühasibatlıq sənədlərini tələb edirdik. O redaksiyaların 90 faizində mühasibatlıq sənədləri yox idi. Həmin vaxt redaksiyaların çoxunda əmək müqavilələri olmayıb, əmək haqları paket halında verilib. Bu gün də redaksiyaların 10 faizində əmək müqavilələri ilə bağlı vəziyyət yenə belədir, əmək müqavilələri yoxdur. Redaksiyalar bir sıra hallarda jurnalistlərin əmək haqlarını aşağı göstərirlər. Onlar 22 faiz sosial ödənişlərlə bağlı bu addımı atırlar. Əmək müqaviləsi bildirişi sistem artıq tətbiq olunur, artıq əmək müqavilələri ilə bağlı məlumat avtomatik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində yerləşdirilməlidir. Bunu jurnalistlər bilməlidir. Yeni binada mənzillərlə bağlı namizədliyi irəli sürülən jurnalistlərin əmək stajı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərilib. 


2006-cı ildən əmək fəaliyyəti ilə bağlı bütün məlumatlar qeydə alınıb, elektron qaydada saxlanılır, sosial kartlar mövcuddur. Şübhə doğuran jurnalistlərin əmək stajı ilə bağlı sorğulara cavablardan məlum olub ki, bir çox halda əmək kitabçasına iş stajı barədə möhür vurulub, ancaq bu, saxtadır. Bu, əslində cinayətdir. Beləliklə əmək stajı da hesablanmır və gələcəkdə həmin şəxslər pensiyaya çıxanda onlara iş stajı yazılmır. Təkcə rəhbərlik deyil, işçilər də bu məsələdə məsuliyyətli olmalıdır, hüquqlarını tələb etməlidirlər”. 





Geri Qayıt