Dogru.Tv > Ölkə içi > Gözəl Bayramlı barədə üç ay həbs seçilib
Gözəl Bayramlı barədə üç ay həbs seçilibTarix: 27-05-2017, 11:19. Müəllif: Qarabaqinfo |
Gözəl Bayramlı, AXCP sədrinin müavini Mayın 26-da Bakının Səbael rayon Məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlı barədə üç ay həbs qətimkan tədbiri seçib. Təqdimatı məhkəməyə Dövlət Sərhəd Xidmətinin istintaq idarəsi verib. Vəkil Elçin Sadıqov məhkəmənin həbs qətimkan tədbiri barədə qərarından apellyasiya şikayəti verəcyini bildirib. O, qeyd edib ki, məhkəmədə Gözəl xanım özü də çıxış edib. AXCP sədrinin müavini bildirib ki, həbsinə səbəb siyasi fəaliyyətidir və bu fəaliyyətə görə peşman deyil. G.Bayramlı bəyan edib ki, həbs onu siyasi fəaliyyətindən çəkindirə bilməz və mübarizəsini bundan sonra da davam etdirəcək. Müstəntiq həbs-qətimkan tədbirinin seçilməsi üçün təqdimatı belə əsaslandırıb ki, Gözəl Bayramlı istintaq dövründə azadlıqda qalsa, “eyni cinayət əməlini yenidən təkrarlaya bilər”. G.Bayramlı bunu rədd edib və bildirib ki, çantasından tapıldığı iddia olunan pulu ora elə sərhəd-keçid məntəqəsinin əməkdaşları qoyub. Vəkil də məhkəmədə həmin pulların və onların qablaşdırıldığı bağlamaların üzərindən əl-barmaq izlərinin götürülməsi, onların kimə məxsus olmasının müəyyənləşdirilməsi üçün istintaq qarşısında vəsatət qaldırıb. Daha bir vəsatət isə sərhəd-keçid məntəqəsində mayın 25-i axşam saat 20.00-dan mayın 26-sı səhər saat 6-ya qədər lentə alınmış görüntülərin ortaya qoyulması haqda olub. “Təəssüf ki, məhkəmə heç bir obyektiv sübut olmadan həbs-qətimkan tədbiri ilə bağlı təqdimatı təmin etdi. Qərardan narazıyıq və apellyasiya şikayəti verəcəyik. Bu, sırf Gözəl Bayramlının siyasi fəaliyyətinə görə irəli sürülmüş qondarma ittihamdır”, Sadıqov bildirib. Saxlanma şəraitinə gəlincə, Gözəl Bayramlı deyib ki, sərhəd-buraxılış məntəqəsində ona qarşı kobud rəftar ediblər. Elçin Sadıqov onu da bildirib ki, CM-nin 206-cı (qaçaqmalçılıq) maddəsilə başlanmış işlərdə söhbət ölkəyə pul gətirilməsi və ya aparılmasından gedəndə adətən istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilmir. Sonda məhkəmələr də həbslə bağlı olmayan, şərti cəza verir. Amma Gözəl Bayramlı ilə bağlı iş siyasi motivli olduğundan fərqli davranılır. Bu gün Dövlət Sərhəd Xidməti (DSX) AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, myın 25-də Gözəl Bayramlı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. "G. Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb", Dövlət Sərhəd Xidməti bildirir. AXCP sədri Əli Kərimli müavini Gözəl Bayramlı barəsində 3 ay həbs-qətimkan tədbirinin seçilməsini sifariş kimi qiymətlğndirib. "Möcüzə baş vermədi. Gözəl xanım haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Gecə saat 12-də də məhkəmə olar? Təkcə bu fakt sübut etmir ki, Gözəl xanımın həbsi sifarişlidir və bu sifariş birbaşa İlham Əliyevin özündən gəlib? Gözəl xanımın həbsi qanunsuz, anti-insani və ləyaqətsiz hərəkətdir. Bizim bu həbsə cavabımız nə olmalıdır? Susmaq, zalımlara itaət etmək, vəziyyətlə barışıb, ölkənin xilasından vaz keçmək, ölkəni tərk etmək bizim üçün seçim ola bilməz. Bu situasiyada ölkəni gerçəkdən sevən, Vətənin, millətin xoşbəxt gələcəyi üçün mübarizə aparanların tək bir seçimi var. Cəmiyyətin müqavimətini gücləndirmək, mübarizənin sosial bazasını genişləndirmək, demokratik qüvvələr arasında daha çox həmrəyliyə nail olmaq və daha çox, daha kütləvi, daha qətiyyətli mübarizəni təşkil etmək! Edəcəyik!", o facabook səhifəsində yazıb. Milli Şuranın sədri Cəmil Həsənli də Gözəl Baytamlının həbsini siyasi sifariş hesab edir. "Gözəl xanıma qarşı quraşdırılan "qaçaqmalıçılıq" ittihamı ən elementar tənqidə belə dözüm imkanına malik deyil. O, son dərəcə məğrur həyat tərzi keçirən və həmişə qanunlara riayət edən dürüst bir xanımdır. Sadəcə hakimiyyət onun çantasına narkotika atmağa bir az "həya" edirdi. Ona görə bu qaçaqmalçılıq ittihamı düzülüb-qoşulub və hakimiyyətin ona qarşı irəli sürdüyü ittiham da, Gözəl xanımın çantasına atdıqları dollarlar kimi saxtadır. Zatən, gözəl xanımın həbsinə çağırış hakimiyyət mediasında bir neçə ay öncə verilmişdi. Həmin çağırışda Gözəl xanımın, Gültəkin xanımın, Əli Kərimlinin və mənim indiyə qədər həbs olunmamağımızdan təəccüb ifadə edilmişdi. Ona görə Gözəl xanımın həbsində təəccüblü bir şey yoxdur. Bu hakimiyyətin çoxdan planlaşdırdığı və həyata keçirmək üçün məqam gözlədiyi bir həbsdir"', Həsənli qeyd edir.amerikaninsesi.org Qarabaq.info Geri Qayıt |