Dogru.Tv > Ölkə içi > ADR-in dövlət qeydiyyatından qanunsuz imtinaya görə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hazırlıq iclası kecrilib

ADR-in dövlət qeydiyyatından qanunsuz imtinaya görə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hazırlıq iclası kecrilib


Tarix: 3-05-2017, 10:55. Müəllif: Qarabaqinfo

Qarabaq.info xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri. İqtisadçı alim Qubad İbadoğlu facebook səyfəsinə istinadən bildirib. 

Bu gün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsisçilərinin ADR-in dövlət qeydiyyatından qanunsuz imtinaya görə Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddia üzrə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hazırlıq iclası oldu. İclasda cavabdeh tərəf olan Ədliyyə Nazirliyinin nümayəndəsi iştirak etmədi. Nazirliyin adından məhkəməyə ünvanlanan məktubda ADR Hərəkatının qeydiyyat üçün 4 dəfə müraciət etdiyi bildirilir və hər müraciətlə bağlı imtinanın səbəbləri qanuna söykənməyən aqrumentlərlə "əsaslandırılıb". Yekunda qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində qeyri-hökümət təşkilatlarının fəaliyyəti üçün onların hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmasının məcburiyyəti nəzərdə tutulmamışdır və dövlət qeydiyyatına alınmadan da fəaliyyətin həyata keçirilməsi mümkündür.

 Qeyd olunur ki, qəbul olunmuş imtina qərarı təsis sənədlərindəki pozuntular aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə törətmir və müraciət edildiyi təqdirdə məsələyə yenidən baxıla bilər. Halbuki, eyni cavaba görə ADR Hərəkatının təsisçiləri 4 dəfə sənədlərdə Nazirliyin tələb etdiyi dəyişiklikləri edib, yenidən qeydiyyata üçün müraciət etsə də nəticə olmayıb və ona görə də bu gün mübahisələr məhkəmə müstəvisinə çıxarlıb. Müzakirələr zamanı Ədliyyə Nazirliyinin iradlarının əsassız olduğu sübut edilsə də hakim növbəti müzakirələr üçün mayın 30-da yenidən məhkəmə təyin edib.

 

Qarabaq.info
Geri Qayıt