Dogru.Tv > Ölkə içi > Azərbaycanlı tələbələr Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edib
Azərbaycanlı tələbələr Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edibTarix: 11-04-2017, 12:38. Müəllif: Qarabaqinfo |
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 5 tələbəsi və müəllimi Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak etmək üçün ABŞ-a səyahət edib. Müsabiqə ölkələr arasında Beynəlxalq Məhkəmədə faktiki olaraq mübahisələrin aparılmasından ibarətdir. ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, gənclərin iştirak etdiyi müsabiqə ən böyük məhkəmə müsabiqəsidir və dünya üzrə 87 ölkədən 550 hüquq məktəbini əhatə edir. Bir həftə ərzində Azərbaycan nümayəndə heyəti hüquq sahəsində yazma və düşünmə bacarıqlarını inkişaf etdirəcək. amerikaninsesi.org. Geri Qayıt |